IMG-LOGO

Şirvanda DƏHŞƏT: Kişi həyat yoldaşını və qaynını bıçaqladı

06.10.2025 00:25 13 baxış
IMG

Bakı sakini həyat yoldaşını və qaynını bıçaqlayıb.

Lent.az xəbər verir ki, hadisə Şirvan şəhərində qeydə alınıb.

Aralarında yaranan mübahisə zəmində Bakı sakini, həyat yoldaşı 1980-ci il təvəllüdlü Əliyeva Könül Mahmud qızını əlindən və qaynı, Şirvan sakini, 1984-cü il təvəllüdlü Əliyev Ceyhun Mahmud oğlunu çiynindən bıçaqlayıb.

Bıçaq yarası alan bacı və qardaş Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib. İkinci çox qan itirdiyi üçün əməliyyata götürülüb.

Faktla bağlı  araşdırma aparılır.

Xəbər lenti