IMG-LOGO

Tərtərdə yük və minik avtomobili toqquşdu, 1 ölü, 1 yaralı

05.10.2025 22:14 13 baxış
IMG

Tərtərdə yük və minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Lent.az xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun Tərtər rayon İlxıçılar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "GAZel" markalı yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, Goranboy rayon sakini 2001-ci il təvəllüdlü Həsənov Eltun Müşviq oğlu ölüb.

Yük avtomobilinin sürücüsü, Tərtər rayon sakini 1962-ci il təvəllüdlü  İsbəndiyarov Qamət Məmməd oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti