IMG-LOGO

Osimhen və Ndidini daşıyan təyyarə təcili eniş etdi

12.10.2025 01:56 8 baxış
IMG

İçərisində "Qalatasaray"ın futbolçusu Viktor Osimhen və "Beşiktaş"ın futbolçusu Vilfred Ndidinin olduğu Nigeriya millisinin təyyarəsi ön şüşəsi çatladığı üçün Anqolaya məcburi eniş edib.

Lent.az xəbər verir ki, Cənubi Afrikadan qayıdarkən havaya qalxandan az sonra Nigeriya milli komandasının təyyarəsinin ön şüşəsi havada çatlayıb.

Pilot təyyarəni Anqolanın Luanda şəhərindəki hava limanına endirməyə məcbur olub.

Enişdən sonra bütün oyunçular və rəsmilər təxliyə edilib.

Xəbər lenti