IMG-LOGO

“Çelsi” son çempionu məğlub etdi

04.10.2025 22:49 19 baxış
IMG

İngiltərə Premyer Liqasında VII turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, günün ilk oyununda "Lids Yunayted" öz meydanında "Tottenhem"i qəbul edib.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun mərkəzi qarşılaşmasında "Çelsi" evində son çempion "Liverpul"u sınağa çəkib.

Gərgin keçən oyunda azarkeşlər 3 qola şahidlik ediblər. Oyun "zadəganlar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İngiltərə Premyer Liqası

VII tur

"Lids" - "Tottenhem" - 1:2

"Mançester Yunayted" - "Sanderlend" - 2:0

"Arsenal" - "Vest Hem" - 2:0

"Çelsi" - "Liverpul" - 2:1

Xəbər lenti