Bəhreynin Hava Hücumundan Müdafiə (HHM) sistemləri Yaxın Şərqdə vəziyyətin gərginləşməsinin başlanğıcından (28 fevral) İrandan atılan ümumilikdə 154 raket və 362 pilotsuz uçuş aparatını ələ keçirib.
"Report"un məlumatına görə, bu barədə Bəhreyn Silahlı Qüvvələrinin mətbuat xidmətinin açıqlamasında deyilir.
Açıqlamada əhalidən ehtiyatlı olmağa, zədələnmiş obyektlərdən və şübhəli əşyalardan uzaq durmağa çağırış edilib.