IMG-LOGO

Misir Prezidenti Qəzzada tezliklə atəşkəs olacağını elan edib

28.02.2024 20:13 47 baxış
IMG

Qəzza zolağında münaqişə tərəfləri tezliklə atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gələcəklər.

“Report” EFE-yə istinadən xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi bildirib.

“Yaxın bir neçə gün ərzində atəşkəsin tətbiqi ilə bağlı razılıq əldə edəcəyik”, - o deyib.

EFE qeyd edir ki, İsrail və HƏMAS nümayəndələri arasında danışıqlar Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə Dohada aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti