IMG-LOGO

Mark Rütte: NATO ölkələri müdafiə imkanlarını gücləndirir

26 Mar 2026 16:34 2 baxış
IMG

NATO ölkələri müdafiə xərclərini artırır və müdafiə imkanlarını gücləndirir.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə təşkilatın Baş katibi Mark Rütte Brüsseldə keçirilən mətbuat konfransında NATO-nun 2025-ci il üzrə hesabatını təqdim edərkən bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə Kanada və Avropa müdafiə sahəsinə investisiyaları əvvəlki illə müqayisədə 20 % artırıb.

Rütte vurğulayıb ki, bu, ötən ilin yayında Haaqada alyansın sammitində qəbul edilmiş qərarlara uyğundur.

Xəbər lenti