IMG-LOGO

Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsi 25 % azalıb

26 Mar 2026 16:57 2 baxış
IMG

Bu ilin yanvar-fevral aylarında Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin dəyəri 78 milyon 243 min ABŞ dolları təşkil edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,6 % azdır.

Hesabat dövründə ABŞ ilə ticarət ümumi dövriyyənin 2,8 %-i qədər olub. Belə ki, yanvar-fevral aylarında ABŞ-yə ixrac ümumi ixracın 0,4 %-ni, ABŞ-dən idxal isə ümumi idxalın 2,4 %-ni təşkil edib.

İl ərzində Azərbaycanın ABŞ-yə ixracının dəyəri 55,7 % artaraq 15 milyon 988,16 min ABŞ dollar, bu ölkədən idxalının dəyəri isə 33,4 % azalaraq 62 milyon 255,51 min ABŞ dolları təşkil edib.

Xəbər lenti