ABŞ Prezidenti Donald Tramp İranda quru əməliyyatlarına başlamaq barədə əmr verməyə hazır olsa da, hələ tələsmir.
"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal"ın əməkdaşı Aleks Uord məlumat yayıb.
Onun sözlərinə görə, Trampın ehtiyatlı olmasının səbəblərindən biri də belə bir addımın onun münaqişəni daha tez başa çatdırmaq məqsədini boşa çıxarmaq edhtimalıdır.
Qeyd olunub ki, müharibənin başa çatması təkcə Trampdan asılı deyil: mənbələrin ehtimallarına görə, razılaşma əldə edilmədən və ya hərbi qələbə qazanılmadan, o, Hörmüz boğazının daha uzun müddət bloklanması ilə üzləşə bilər.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.