Ukrayna Prezidenti Volodimir Zelenski Albaniyanın paytaxtı Tiranada səfərdədir.
“Report” xəbər verir ki, bu barədə Balkan ölkəsinin xarici işlər naziri İqli Hasani sosial şəbəkədə bildirib.
“Prezident Zelenskini Tiranada salamlamaq böyük şərəfdir. Rusiya təcavüzünə qarşı qəhrəmancasına mübarizədə Ukrayna ilə ikitərəfli əlaqələri və həmrəyliyi gücləndirmək üçün vacib andır”, – diplomat dövlət başçısı ilə şəklini paylaşaraq qeyd edib.
Xatırladaq ki, daha öncə Ukrayna Prezidentinin Ofisi ölkə başçısının Albaniyaya səfərinin anonsunu verməyib.
Bizim WhatsApp kanalımıza abunə olun