Misir Prezidenti Əbdülfəttah əl-Sisi Müdafiə Nazirliyinin rəhbərliyi və Misir ordusunun ali komandanlığı ilə regiondakı vəziyyət və bunun Misirin milli təhlükəsizliyinə təsiri ilə bağlı müşavirə keçirib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi nümayəndəsi Əhməd Fəhmi bildirib.
“Misir Prezidenti müdafiə naziri, Silahlı Qüvvələrin Baş Qərargah rəisi və bəzi hərbi hissələrin komandirləri ilə görüş keçirib”, – Fəhmi feysbukda bildirib.
O qeyd edib ki, əl-Sisi görüşdə iştirak edən hərbi liderlərlə “regional və beynəlxalq hadisələrdə dəyişikliklər, onların Misirin milli təhlükəsizliyinə təsiri və nəticələrini” müzakirə edib.
Bizim WhatsApp kanalımıza abunə olun