NATO bilavasitə Ukraynaya təlim missiyaları göndərə bilər, lakin döyüş əməliyyatlarında iştirak etmək üçün qoşun göndərə bilməz.
“Report” TASS-a istinadən xəbər verir ki, bu fikirləri Litvanın müdafiə naziri Arvidas Anuşauskas jurnalistlərə deyib.
“Biz təlim missiyaları və təlimçilərin göndərilməsindən danışırıq. Qərar çoxtərəfli əsasda verilərdi”, – nazir bildirib.
Nazirin sözlərinə görə, məsələ istişarə və müzakirə mərhələsindədir:
“Mövqe dəyişə də bilər. Ukraynaya yardımın formaları axtarılır. Müxtəlif ölkələrin fərqli mövqeləri var. Eyni zamanda, bu, Rusiyaya siqnalımız olacardı”.
Bizim Telegram kanalımıza abunə olun