IMG-LOGO

Kişilər və qadınlar üçün vitaminlər nə ilə fərqlənir?

25 Mar 2026 11:27 3 baxış
IMG
0 0

Bütün vitaminlər hər orqanizm üçün eyni şəkildə təsir etmir. İlk baxışda qadınlar və kişilər üçün vitaminlər yalnız qablaşdırma dizaynına görə fərqlənir. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, fərq onların tərkibində və dozalarında olur. Bu, orqanizmin fizioloji ehtiyaclarına uyğunlaşdırılır.

Fərq nədir?

Qadınlara kişilərlə müqayisədə daha çox fol turşusu və dəmir lazımdır. Kişilərə isə ümumilikdə bir çox digər mikroelementlər daha yüksək miqdarda tələb olunur.

Belə ki, kişilərə 900 mikroqram A vitamini lazım olduğu halda, qadınlara 700 mikroqram kifayətdir. Həmçinin kişilərin daha çox C vitamini (15 mq artıq), K vitamini (30 mkq artıq) və sinkə (3 mq artıq) ehtiyacı olur. Bundan əlavə, kişilər üçün niasin, riboflavin, tiamin, xolin və xrom da daha çox tələb olunur.

Vitaminlərin həddindən artıq qəbulunun riskləri

•    Həddindən artıq kalsium və D vitamini böyrək daşlarının yaranma riskini artırır 

•    Yüksək dozada E vitamini beyin qanamasına və insulta səbəb ola bilər 

•    K vitamini qanın durulaşdırılması üçün istifadə olunan dərmanların təsirini azalda bilər 

•    Uzun müddət (bir ildən çox) yüksək dozada B6 vitamini qəbul etmək sinir zədələnməsinə və hərəkət problemlərinə səbəb ola bilər 

Nəticə olaraq, vitaminlər fərdi ehtiyaclara uyğun seçilməli və nəzarətsiz qəbul edilməməlidir.

vitamin qadınlar və kişilər üçün olan vitaminin fərqi

Xəbər lenti