IMG-LOGO

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri İranın beş dronunu vurub

25 Mar 2026 08:07 2 baxış
IMG

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri İrandan krallığa atılan beş döyüş dronunu məhv edib.

"Report"un məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi bildirib.

"Ölkənin hava hücumundan müdafiə bölmələri krallığın Şərq əyaləti üzərində səmada İranın beş dronunu aşkarlayaraq məhv edib", - nazirlik bildirib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Buna cavab olaraq İran İsrail ərazisinə raketlər atıb və Körfəz ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib. Regionun bir sıra dövlətləri vəziyyətlə əlaqədar olaraq hava məkanını müvəqqəti bağlayıb. Elə həmin gün İranın Ali lideri Əli Xamenei zərbələr nəticəsində öldürülüb.

Xəbər lenti