IMG-LOGO

Britaniya Hörmüz boğazında gəmiçiliyin bərpası üçün plan hazırlayır

25 Mar 2026 05:02 2 baxış
IMG

Birləşmiş Krallıq tərəfdaşları ilə Hörmüz boğazı vasitəsilə gəmiçiliyi bərpa etmək üçün planın parametrlərini üzərində işləyir.

"Report"un məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş nazirinin Dəftərxanasının Kir Starmerin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefon danışığından sonra yaydığı rəsmi məlumatda bildirilib.

"Böyük Britaniya hazırda tərəfdaşlarla bu əsas dəniz yolu vasitəsilə malların axınını təmin etmək üçün mümkün planın necə görünə biləcəyi üzərində işləyir", - Dauninq-strit 10 qeyd edib.

Həmçinin Starmerin Ər-Riyada sarsılmaz dəstəyini ifadə etdiyi vurğulanıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Buna cavab olaraq İran İsrail ərazisinə raketlər atıb və Körfəz ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib. Regionun bir sıra dövlətləri vəziyyətlə əlaqədar olaraq hava məkanını müvəqqəti bağlayıb. Elə həmin gün İranın Ali lideri Əli Xamenei zərbələr nəticəsində öldürülüb.

Xəbər lenti