IMG-LOGO

KİV: ABŞ İrana münaqişənin nizamlanması üçün 15 maddəlik plan göndərib

25 Mar 2026 03:54 3 baxış
IMG

ABŞ İran hakimiyyətinə Yaxın Şərq münaqişəsinə son qoymaq üçün 15 maddəlik plan göndərib.

"Report" xəbər verir ki, bu barədə "The New York Times" qəzeti ABŞ administrasiyasının rəsmilərinə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, sənədin təqdim olunmasında Pakistan vasitəçi kimi çıxış edib.

Planın İran rəhbərliyinə nə dərəcədə geniş şəkildə təqdim olunduğu və Tehranın onu danışıqlar üçün əsas kimi nəzərdən keçirməyə hazır olub-olmadığı hələlik məlum deyil.

Mənbələrin məlumatına görə, sənəddə İranın raket və nüvə proqramları, eləcə də naviqasiya azadlığı məsələləri müzakirə olunur.

Xəbər lenti