IMG-LOGO

Məcid əl-Ənsari: İranın parçalanması Yaxın Şərqdəki münaqişənin həlli sayıla bilməz

24 Mar 2026 16:37 4 baxış
IMG

İranın parçalanması Yaxın Şərqdəki münaqişənin yekun həlli ola bilməz.

"Report" "Al-Jazeera"ya istinadən xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari bəyan edib.

"İran, bu regionun xalqları kimi minilliklərdir burada mövcuddur. Heç kim heç yerə getməyəcək. Ümumi məhvetmə çıxış yolu deyil", - M.Ənsari vurğulayıb.

O əlavə edib ki, ölkələrin qonşuluğu tarix və coğrafiya tərəfindən müəyyən edilib və bəşəriyyətin gələcəyi naminə birgə yaşayış mexanizmlərinin qurulması zəruridir.

M.Ənsari həmçinin ABŞ, İsrail və İran arasında davam edən münaqişə fonunda vurğulayıb ki, Qətər ABŞ-nin "Əl-Üdeyd" hərbi hava bazasının bağlanması məsələsini qaldırmayıb.

Xəbər lenti