IMG-LOGO

WEF regional qeyri-sabitliyə görə Səudiyyə Ərəbistanındakı tədbirini təxirə salıb

24 Mar 2026 16:44 4 baxış
IMG

Ümumdünya İqtisadi Forumu (WEF) aprel ayınında Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan qlobal əməkdaşlıq, inkişaf və enerji mövzusundakı görüşü təxirə salıb.

"Report" xəbər verir ki, bu barədə Yaxın Şərq KİV-ləri məlumat yayıb.

Qeyd olunub ki, bu qərar Yaxın Şərqdəki gərginliyin artması, o cümlədən İranın Səudiyyə Ərəbistanına endirdiyi zərbələr səbəbindən qəbul edilib.

Görüş aprelin 22-23-də Ciddədə keçirilməli idi.

KİV-lərin məlumatına görə, görüşün təxirə salınması barədə qərar krallığın İqtisadiyyat və Planlaşdırma Nazirliyi ilə məsləhətləşmələrdən sonra qəbul edilib.

Tədbirin keçiriləcəyi yeni tarix daha sonra elan olunacaq.

Xəbər lenti