IMG-LOGO

Azərbaycan İtaliya ilə aqrar sahədə Anlaşma Memorandumu imzalayıb

24 Mar 2026 16:50 4 baxış
IMG

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrar Tədarük və Təchizat" ASC ilə İtaliyanın əsas fermer təşkilatı olan "Coldiretti", eləcə də kənd təsərrüfatı və aqrar sənaye sahəsini özündə birləşdirən"Filiera Italia" Assosiasiyası ilə arasında əməkdaşlıq memorandumu imzalanıb.

"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, memorandum Özbəkistanda səfərdə olan kənd təsərrüfatı naziri Məcnun Məmmədov ilə İtaliyanın kənd təsərrüfatı, ərzaq suverenliyi və meşə təsərrüfatı naziri Françesko Lollobrigida və İtaliya Ticarət Agentliyinin prezidenti (ITA) Matteo Zoppas arasında görüşdə imzalanıb.

Anlaşma Memorandumunda aqrar sahədə gələcək əməkdaşlığın istiqamətləri öz əksini tapıb. Sənədə əsasən, tərəflər kənd təsərrüfatı və aqrar sənaye sektorunda məhsuldar, dayanıqlı və ixracyönümlü kənd təsərrüfatı iqtisadiyyatının qurulması sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

Görüşlərdə həmçinin aqrar sahədə əməkdaşlığın inkişaf etdirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi, hər iki ölkədə təşkil edilən beynəlxalq sərgi və yarmarkalarda iş adamlarının iştirakının təşviq edilməsi, müasir texnologiyaların transferi, aqrar elmi-tədqiqat və aqrar təhsil sahəsində əməkdaşlıq məsələləri, o cümlədən şərabçılıq, heyvandarlıq və südçülük sahələrində əlaqələrin gücləndirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi müzakirə olunub.

Tərəflər iki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcəkdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılmasında maraqlı olduqlarını ifadə ediblər. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti