IMG-LOGO

Danimarkada parlament seçkiləri keçirilir

24 Mar 2026 11:45 3 baxış
IMG

Bu gün Danimarkada parlamentə (Folketinq) seçkilər üzrə səsvermə başlayıb.

Bu barədə "Report" Danimarka KİV-ə istinadən xəbər verir.

Seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 11:00-da) açılıb. Onlar saat 20:00-da (Bakı vaxtı ilə 23:00-da) işlərini başa vuracaqlar.

Təxminən 4,3 milyon danimarkalı səsvermə hüququna malikdir.

Sorğulara görə, Danimarkanın Baş naziri Mette Frederiksenin partiyası - "Sosial-demokratlar" yarışın lideri hesab olunur və seçkilərdə qalib gələ bilər.

Avropa KİV-in məlumatına görə, heç bir siyasi düşərgə 179 yerlik parlamentdə səs çoxluğu qazanacağını gözləmir.

Parlamentdə səs çoxluğu üçün ən azı 90 yer əldə etmək lazımdır. Parlamentə keçmək üçün hər bir partiyadan seçicilərin ən azı 2 %-nin dəstəyi tələb olunur.

Seçkilər Danimarkada Qrenlandiya ətrafındakı gərginlik və ABŞ Prezidentinin adaya nəzarəti əldə etmək planları fonunda keçirilir.

M.Frederiksen 2019-cu ildən Danimarkanın baş naziri postunu tutur.

Xəbər lenti