IMG-LOGO

Sakit okeanda Tonqa adaları yaxınlığında 7,3 maqnitudalı zəlzələ olub

24 Mar 2026 10:04 5 baxış
IMG

Sakit okeanda Tonqa Krallığının paytaxtı Nukualofa şəhərindən 283 km şimalda 7,3 maqnitudalı zəlzələ baş verib.

"Report"un "İnterfaks"a istinadən verdiyi məlumata görə, Bakı vaxtı ilə saat 08:38-də qeydə alınan zəlzələnin episentri Tonqa Krallığının əhali sayına görə ikinci ən böyük adası olan Neiafu adasından təxminən 138 km qərbdə yerləşib.

Episentrdəki titrəmə intensivliyinə görə zəlzələ "güclü" kimi təsnif olunur.

ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 7,6 olaraq qiymətləndirib.

Xəbər lenti