IMG-LOGO

Zelenski: Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücuma hazırlaşa bilər

24 Mar 2026 00:16 3 baxış
IMG

Rusiya qüvvələri Ukraynaya yeni kütləvi zərbə endirə bilər.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.

O, vətəndaşları hava həyəcanı siqnallarını diqqətlə izləməyə çağırıb.

"Rusların kütləvi zərbə endirə biləcəyinə dair kəşfiyyat məlumatları. HHM üçün müvafiq sərəncamlarımız artıq verilib", - Ukrayna lideri vurğulayıb.

Bazar ertəsi Rusiya Silahlı Qüvvələrinin yeni kütləvi zərbə təhlükəsi barədə məlumatları yerli "Telegram" kanalları da yayıb. Rusiyanın guya prioritet hədəflər sırasında olan Kiyev dəmir yolu vağzalına hücum edə biləcəyi barədə məlumatlar var idi.

Xəbər lenti