Ukrayna Müdafiə Nazirliyi yerli istehsal olan yeni dron əleyhinə "JEDI Shahed Hunter" aparatının istifadəsini təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə müdafiə qurumu "Facebook"da məlumat yayıb.
Məlumata görə, aparat 350 km/saatdan çox sürət yığmaq, 6 kilometr hündürlüyə qalxmaq və təxminən 500 qram ağırlığında döyüş başlığı daşımaq qabiliyyətinə malikdir.
"JEDI" avtomatik rejimdə radiolokasiya stansiyalarından məlumat alır və müstəqil şəkildə hava hədəfinə yönəlir. Tutucu "Shahed", "Geran" və "Gerbera" tipli zərbə pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulub, həmçinin "Zala" və "Supercam" kəşfiyyat PUA-larını ələ keçirməyə qadirdir.
Dron şaquli uçuş həyata keçirə bilir, çəkisi təxminən 4 kq-dır və sutka boyu işləməyə imkan verən termal kameralarla təchiz olunub. Bir aparat 40 km radiusda səmanı qoruya bilir.