İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf ABŞ ilə aparılan danışıqlarda baş müzakirəçidir.
"Report" xəbər verir ki, bu barədə İsraildən olan mənbəyə istinadən "The Jerusalem Post" məlumat yayıb.
Bu gün Donald Tramp bildirib ki, ötən iki gün ərzində tərəflər "məhsuldar danışıqlar" aparıblar, bununla belə İran XİN Vaşinqtonla hər hansı təmasın olduğunu inkar edib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Pentaqona cari görüşlərin və müzakirələrin uğurla başa çatması şərti ilə İranın elektrik stansiyalarına və enerji infrastrukturuna istənilən hərbi zərbələri beş gün təxirə salmağı tapşırıb.
Amerika lideri həmçinin bildirib ki, danışıqlar "İrandakı ən hörmətli şəxs"lə aparılır. O vurğulayıb ki, söhbət İranın ali dini lideri Müctəba Xameneidən getmir. Amerika tərəfindən danışıqlarda prezidentin xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner iştirak ediblər.