ABŞ-ın keçmiş prezidenti Donald Trampın böyük oğlu poçtla içərisində naməlum toz olan zərf alıb.
“Report” xəbər verir ki, bu barədə Amerikanın “The Daily Beast” nəşri siyasətçinin nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, səlahiyyətlilər məktubda dəqiq nə olduğunu hələ müəyyən etməyiblər, lakin onlar tozun öldürücü olmadığını bildiriblər.
Nəşrin mənbələrə istinadən qeyd etdiyi kimi, siyasətçi məktubu Floridadakı evində açıb, bundan sonra ağ toz otağa səpələnib.
Kiçik Trampın evinin yaxınlığında yanğınsöndürən maşınlar və qoruyucu geyimli insanlar görünüb.
Bizim WhatsApp kanalımıza abunə olun