Alabamanın Baş prokuroru Stiv Marşall şənbə günü ofisində partlayıcı qurğunun işə düşdüyünü deyib.
Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.
“Fevralın 24-ü səhər saatlarında ofisin yerləşdiyi binada partlayıcı qurğu işə salınıb, xoşbəxtlikdən heç bir işçi xəsarət almayıb”, - Marşalın açıqlamasında bildirib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.
Bizim Telegram kanalımıza abunə olun