Hindistanda qatar maşinistsiz 80 km yol qət edib.
Lent.az xəbər verir ki, onun sürəti 100 km/saat sürətə çata bilib.
Hadisə heyət dəyişikliyi zamanı baş verib. Qatar enişlə hərəkət etməyə başlayanda maşinist və köməkçi qatardan düşüblər. Versiyalardan birinə görə isə səbəb əl əyləcinin çəkilməməsidir. Qatar dayanmazdan əvvəl beş stansiya keçib: işçilərdən biri relslərin üzərinə taxta bloklar qoyaraq qatarı dayandıra bilib.