IMG-LOGO

Baş Qərargah: Primorskdakı neft terminalına və Başqırdıstandakı NEZ-ə zərbə endirilib

23 Mar 2026 15:08 3 baxış
IMG

Ukraynanın Müdafiə Qüvvələri Rusiyanın Leninqrad vilayətindəki "Transneft – Primorsk limanı" neft terminalına və Başqırdıstandakı "Başneft-Ufaneftexim" neft emalı zavoduna (NEZ) endirilən zərbələri təsdiqləyib.

"Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, "Transneft – Primorsk limanı" neft terminalında həm rezervuar parkı, həm də neftdoldurma infrastrukturu vurulub.

"Obyektin ərazisində yanğın olduğu təsdiqlənir", - məlumatda qeyd edilib.

Baş Qərargahdan vurğulanıb ki, "Primorsk" limanından hər il təxminən 60 milyon ton neft keçir:

"Eyni zamanda, "Başneft-Ufaneftexim" neft emalı zavodu vurulub - müəssisənin ərazisində yanğın olduğu təsdiqlənir. "Başneft-Ufaneftexim" NEZ Rusiya Silahlı Qüvvələrinin yanacaq təchizatında mühüm halqadır. Onun ilkin neft emalı gücü ildə təxminən 6-8 milyon ton təşkil edir. NEZ Ukraynanın dövlət sərhədindən xeyli uzaqda, təxminən 1 400 km məsafədə yerləşir".

Xəbər lenti