IMG-LOGO

Azərbaycan nasos istehsalını 32 %-dən çox artırıb

23 Mar 2026 15:21 2 baxış
IMG

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 1 min 209 ədəd nasos istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,4 % çoxdur.

Bu il martın 1-nə, ölkədə 380 ədəd hazır məhsul ehtiyatı olub.

2025-ci ildə Azərbaycanda 8 min 986 ədəd nasos istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 43,3 % çoxdur.

Xəbər lenti