ABŞ Prezidenti Donald Trampın İran münaqişəsi ilə bağlı bəyanatları fonunda neftin qiyməti 10 %-dən çox aşağı düşüb.
"Report" xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
Bakı vaxtı ilə 15:08-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 15,09 ABŞ dolları (13,45 %) azalaraq 1 barel üçün 97,1 ABŞ dolları təşkil edib.
Nyu-York Əmtəə Birjasının elektron hərraclarında WTI neftinin may fyuçersləri bu vaxta qədər 11,77 ABŞ dolları (11,98 %) ucuzlaşaraq 1 barel üçün 86,46 ABŞ dollarına düşüb.