İsveçin baş naziri Ulf Kristersson “JAS 39 Gripen” qırıcılarının Ukraynaya mümkün təhvili ilə bağlı hələlik yeni məlumat verə bilməyib.
“Report” xəbər verir ki, bu barədə o, İsveçin NATO-ya müraciətinin Macarıstan parlamenti tərəfindən ratifikasiyası ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
“Biz NATO-ya üzv olanda qırıcıların transferi ilə bağlı qərarı açıqlayacağımızı bəyan etmişdik. Lakin biz hələ orada deyilik. Qırıcıların təhvili ilə bağlı heç bir məlumat yoxdur”, - o deyib.
Qeyd edək ki, İsveç NATO-ya üzv olacağı təqdirdə “JAS 39 Gripen” qırıcılarını dəstək üçün Ukraynaya veriləcəyini bəyan edib. Ukraynalı pilotlar və quru personalı artıq İsveç Silahlı Qüvvələrinin himayəsi altında “JAS 39 Gripen” ilə tanışlıq təlimini də başa vurub.
Bizim Telegram kanalımıza abunə olun