Fransanın sabiq Baş naziri Lionel Jospen 88 yaşında ölüb.
"Report" xəbər verir ki, bu barədə BFM TV telekanalı məlumat yayıb.
Qeyd olunub ki, L.Jospen 1997-ci ildən 2002-ci ilə qədər prezident Jak Şirakın dövründə, "birgəyaşayış" adlandırılan dövrdə - Fransada prezident və baş nazirin əks siyasi düşərgələrə aid olduğu dövr belə adlanır - Sosialist Partiyasından hökumət başçısı olub.