IMG-LOGO

Novxanıda yolu keçən piyadanı maşın vuraraq öldürüb

23 Mar 2026 01:28 5 baxış
IMG

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə rayonun Novxanı qəsəbəsi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, yolu keçmək istəyən 1967-ci il təvəllüdlü Ağababa Ağayevi "Opel" markalı minik avtomobili vurub.

Zərbənin təsirindən ağır xəsarətlər alan piyada hadisə yerində həyatını itirib.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti