“Bavariya” Çempionlar Liqasının ümumi mərhələsinin I turunda “Budö-Qlimt”i darmadağın edib.
Lent.az xəbər verir ki, Münhendə “Arena Münhen” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı Camal Musiala açıb. Bu qol “Bavariya”nın Avropa Çempionlar Kuboku və Çempionlar Liqasında çıxışları tarixində vurduğu 900-cü qol olub.
Beləliklə, Münhen klubu turnirin tarixində bu göstəriciyə çatan cəmi ikinci komanda olub.
Qol sayına görə lider “Real Madrid”dir. İspaniya təmsilçisi turnirdə indiyədək 1139 dəfə fərqlənib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Ümumi mərhələnin II turunda “Bavariya” oktyabrın 13-də Norveçin “Vikinq” klubu ilə qarşılaşacaq. “Budö-Qlimt” isə oktyabrın 14-də Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək.
İdman xəbərləri futoblMənbə: lent.az