IMG-LOGO

SEPAH BƏƏ və Küveytdəki hərbi bazalara raket zərbələri endirib

21 Mar 2026 20:53 3 baxış
IMG

İran ordusu "Əl-Minhad" (Birləşmiş Ərəb Əmirlikləri) və "Ali əs-Salem" aviabazalarına (Küveyt) raket zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən "Fars" agentliyi məlumat yayıb.

Bildirilib ki, SEPAH sadalanan hərbi hava bazalarına hücumu ballistik raket və pilotsuz uçuş aparatları ilə həyata keçirib.

"İran adalarına hücumlar bu bazalardan reallaşdırlırdı", - məlumatda qeyd olunub.

Xəbər lenti