IMG-LOGO

Macarıstan parlamenti prezidenti seçəcək və İsveçin NATO-ya qəbulunu təsdiqləyəcək

26.02.2024 04:14 50 baxış
IMG

Macarıstan parlamenti (birpalatalı) qış tətilindən sonra ilk iclasını keçirəcək. Deputatlar bazar ertəsi iki mühüm məsələni həll etməli olacaqlar - istefa verən Katalin Novakın yerinə respublikanın yeni Prezidentinin seçilməsi və İsveçin NATO-ya qəbulu haqqında sazişin ratifikasiyası.

“Report” bu barədə TASS-a istinadən xəbər verir.

Parlamentin yaz sessiyası pedofiliya cinayətində əli olan şəxsin əfv olunması ilə bağlı yaranmış qalmaqal fonunda açılır. Novak ötən il qəbul etdiyi səhv qərara görə məsuliyyəti üzərinə götürüb və fevralın 10-da dövlət başçısı vəzifəsindən istefa verib. Onun istefasını tələb edən müxalifət partiyaları vəziyyətdən Baş nazir Viktor Orbana və onun rəhbərlik etdiyi “FİDES-Macar Vətəndaş Birliyi” Partiyasına siyasi ziyan vurmaq üçün istifadə etməyə çalışacaqlar.

Pedofiliya motivli cinayətlərə dözümsüzlük nümayiş etdirən hökumət onlara qarşı cəzaların sərtləşdirilməsini və uşaqların müdafiəsinə yönəlmiş qanunlar paketinin qəbulunu təklif edib. Xüsusilə Orban pedofil cinayətkarların əfv edilməsini qadağan edən ölkə konstitusiyasına dəyişiklik təşəbbüsü ilə çıxış edib. Deputatlar yaz sessiyası boyu bu qanun layihələrini hazırlayacaqlar.

Eyni zamanda, Macarıstan hökuməti İsveçin müraciətinin ratifikasiyasında gecikmələrə görə NATO müttəfiqləri tərəfindən ciddi təzyiqlərə məruz qalıb. Macarıstan Şimali Atlantika Alyansında parlamenti bu sənədləri hələ təsdiqləməmiş yeganə ölkədir. Son günlərə qədər Vaşinqton və Brüssel Budapeşti Avro-Atlantik birliyi pozmaqda və az qala “Rusiyanın maraqları ilə oynamağa” çalışmaqda ittiham edirdilər.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti