Fransanın mərkəzindəki Puy-de-Dom departamentində qar uçqunu nəticəsində bir neçə xizəkçi həlak olub.
Lent.az xəbər verir ki, bu barədə "France Bleu" radiostansiyası məlumat yayıb.
Məlumata görə, doqquz nəfərlik qrupdan 4-ü qar uçqunu altında qalıb, qrup üzvlərindən həmçinin 3-ü yüngül xəsarət alıb.,Digər iki nəfər hər hansı xəsarət almayıb.
Ölənlərdən biri qrupu müşayiət edən bələdçidir.