Tanzaniyanın şimalında baş verən qəzada aralarında Keniya, ABŞ və Cənubi Afrika vətəndaşları da daxil olmaqla, azı 25 nəfər həlak olub.
"Report"un məlumatına görə, bu barədə "Agence France-Presse"məlumat yayıb.
Qeyd edilir ki, Aruşa-Namanqa magistral yolunda yük maşını ilə üç minik avtomobilinin toqquşması zamanı daha 21 nəfər yaralanıb.
Tanzaniya Prezidenti Samiya Suluhu Hasan qəza ilə bağlı başsağlığı verib.
Bizim WhatsApp kanalımıza abunə olun