IMG-LOGO

KİV: Fələstin hökuməti bu gün istefa verəcək

26.02.2024 02:18 54 baxış
IMG

Ramallahda hakimiyyətdə olan Fələstin hökuməti bazar ertəsi istefa verəcək.

"Report"un xəbərinə görə, bu barədə "Al Mayadeen" telekanalı Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın administrasiyasındakı rəsmi mənbəyə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Baş nazir Məhəmməd Ştaye istefa ərizəsini Fələstin liderinə təqdim edəcək, lakin onun kabineti yeni hökumət formalaşana qədər fəaliyyətini davam etdirəcək.

Mənbə qeyd edib ki, Prezident Abbas bu addımı bəzi regional oyunçuların və ABŞ-nin göstərdiyi təzyiqlərə görə atır. “Hökumətin istefası Qəzza zolağında müharibəyə son qoymaq üçün davam edən vasitəçilik səyləri və hərbi qüvvələrin çıxarılması və Fələstin anklavındakı blokadanın götürülməsi üçün beynəlxalq təminatların verilməsi ilə bağlıdır”, - o vurğulayıb.

Mənbənin sözlərinə görə, “növbəti addım HƏMAS hərəkatı da daxil olmaqla, yeni hökumətin formalaşmasına qədər bütün Fələstin qruplarının iştirakı ilə milli konsensusa nail olmaq olacaq”.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti