Birləşmiş Ştatlar yaxın günlərdə girovların azad olunması və Qəzza zolağında müvəqqəti atəşkəslə bağlı danışıqlar aparan tərəfllərin yekun razılığa gələ biləcəyinə ümid edir.
"Report" xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan CNN telekanalına müsahibəsində deyib.
"İsrail, ABŞ, Misir və Qətər nümayəndələri Parisdə görüşərək girovların azad edilməsi və müvəqqəti atəşkəslə bağlı razılaşmanın əsas müddəaları barədə öz aralarında razılığa gəliblər. Mən təfərrüatlara varmayacağam, çünki danışıqlar hələ də davam edir", - Baydenin köməkçisi bildirib.
C.Sallivanın sözlərinə görə, Qətər və Misir HƏMAS-la danışıqlar aparmalıdır, çünki sonda girovların azad edilməsinə məhz onlar qərar verəcəklər:
"Ümid edirik ki, yaxın günlərdə bu məsələ ilə bağlı qəti və yekun razılığa gələcəyik".
Bizim WhatsApp kanalımıza abunə olun