IMG-LOGO

Azərbaycan pambıq parça istehsalını 3 %-ə yaxın artırıb

21 Mar 2026 11:24 2 baxış
IMG

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 5 milyon 583 min kvadratmetr pambıq parça istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 % çoxdur.

Bu il martın 1-nə ölkədə 277 min kvadratmetr hazır məhsul ehtiyatı olub.

2025-ci ildə Azərbaycanda 30 milyon 706 min kvadratmetr pambıq parça istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 7,2 % çoxdur.

Xəbər lenti