Azərbaycanın sülh formulunda iştirakından məmnun olardıq.
Bunu Kiyevdə keçirdiyi mətbuat konfransında Ukrayna Prezidenti Volodimir Zelenski "Report"un Şərqi Avropa bürosunun əməkdaşının sualını cavablandırarkən deyib.
"Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan suveren hüququn, sülhün tərəfdarıdır.
"Digər tərəfdən təbii ki imkanları daxilində Azərbaycanı sülh formulunda da iştirakından məmnun olardıq"- o, qeyd edib.
Prezident Ukraynanın yeni dostları ilə bağlı gözləntilərindən də danışıb: "Söhbət qlobal cənubdan gedir. Onların sülh gəmisində olması bizim üçün çox vacibdir. Bu, sülh və sülh sammitinin formuludur. Bunun üzərində işləyirik”.
Bilirsiniz ki, hələ də tarazlıqda olan, bir az şübhəli olan dövlətlər var: Bu, Latın Amerikasında, həm də Afrikada olan ölkələrdir. Biz isə çalışırıq ki, onlar sülh tərəfini seçsinlər", - Zelenski əlavə edib.
Bizim WhatsApp kanalımıza abunə olun