IMG-LOGO

Azərbaycan pambıq ipliyi istehsalını 63 %-dən çox artırıb

21 Mar 2026 10:05 3 baxış
IMG

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 4,1 min ton pambıq ipliyi istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 63,3 % çoxdur.

Bu il martın 1-nə ölkədə 4,8 min ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 21,8 min ton pambıq ipliyi istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 18,4 % çoxdur.

Xəbər lenti