IMG-LOGO

Ukrayna nümayəndə heyəti ikitərəfli danışıqlar üçün Mayamiyə gedib

21 Mar 2026 09:32 5 baxış
IMG

Ukrayna nümayəndə heyəti ABŞ tərəfi ilə ikitərəfli danışıqlarda iştirak etmək üçün Mayamiyə (ABŞ) gedib.

"Report"un "RBK-Ukrayna"ya istinadən verdiyi məlumata görə, nümayəndə heyətinə hakimiyyətin əsas nümayəndələri, o cümlədən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov daxildir.

Bununla yanaşı, danışıqlarda Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov, Ofis rəhbərinin birinci müavini Sergey Kıslitsa və deputat David Araxamiya iştirak edir.

ABŞ tərəfindən dialoqda ölkə Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner iştirak edəcək.

Tərəflər ikitərəfli məsləhətləşmələr keçirəcək, bu çərçivədə qarşılıqlı əməkdaşlığın aktual məsələlərini müzakirə edəcəklər.

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski martın 21-də Rusiya tərəfinin iştirakı olmadan Ukrayna və ABŞ rəsmiləri arasında yeni görüşün keçiriləcəyini bildirmişdi.

Onun sözlərinə görə, bu, ABŞ-də ikitərəfli görüş olacaq, burada Ukrayna tərəfi Rusiyanın iştirakı ilə növbəti üçtərəfli görüşün keçiriləcəyi vaxtı müzakirə etmək niyyətindədir.

Xəbər lenti