Tehran, Tokio ilə müvafiq məsləhətləşmələrdən sonra Yaponiyaya gedən gəmilərin Hörmüz boğazından keçməsinə icazə verməyə hazırdır.
"Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Kyodo" xəbər agentliyinə verdiyi müsahibədə bildirib.
"Biz boğazı bağlamamışıq. O, açıqdır", - deyə o əlavə edib.
Agentlik, sitat gətirmədən qeyd edir ki, Əraqçi Yaponiyaya gedən gəmilərin Hörmüz boğazından keçməsi ilə bağlı Tokio ilə məsləhətləşmələrin artıq başladığını bildirib.