IMG-LOGO

İki "ən təhlükəli İŞİD lideri" həbs edildi - onların saxlanmasının TƏFƏRRÜATLARI

25.02.2024 14:18 94 baxış
IMG

İraq Milli Kəşfiyyat Xidməti iki İŞİD liderinin tutulması ilə bağlı məlumat paylaşıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, İraq Milli Kəşfiyyat Xidməti İŞİD terror təşkilatının ən təhlükəli iki liderinin ölkə hüdudlarından kənarda keçirdiyi xüsusi əməliyyat zamanı uğurla həbs edildiyini açıqlayıb. Hər iki şəxsin İraqdakı ən dəhşətli terror cinayətlərində iştirak edən əsas fiqurlar olduğu bildirilir.

Həbs olunanlar arasında 2014-cü ildən Fəllucə şəhərində İŞİD-in media məzmununa cavabdeh olan “Əbu Zayed” ləqəbi ilə tanınan İssam Abd Əli Sədan və 2014-cü ildən sonra həmin şəhərdə İŞİD-in bu ölkədəki terror əməliyyatlarının, həmçinin təhlükəsizlik, rabitə və şifrələnmə “üzrə koordinatoru Əbu Əhməd Etisalat” ləqəbi ilə tanınan Bəşir Əbdül Əli Səidan da var.

Bir neçə gün əvvəl İraq Terrorla Mübarizə Xidməti də İŞİD-in İraqdakı “maliyyə və inzibati məmuru” kimi xarakterizə etdiyi şəxsin saxlanıldığını açıqlamışdı.

Xəbər lenti