IMG-LOGO

Lukaşenko: Paşinyan tələsib

25.02.2024 13:14 52 baxış
IMG

Minsk Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması haqqında müraciət almayıb.

Lent.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

Aleksandr Lukaşenko deyib ki, Ermənistan KTMT-nin üzvü olmalıdır: “Nikol Paşinyan tələsib və Ermənistanın KTMT-də iştirakını dondurması ilə bağlı emosional bəyanat verib. İrəvanın bu barədə rəsmi müraciəti daxil olmayıb. Buna sakit reaksiya veririk, KTMT dağılmayacaq. Ermənistan inteqrasiya strukturlarından çıxmağa tələsməməlidir”.

Xəbər lenti