IMG-LOGO

ABŞ artıq İrana hücumlar üçün Britaniya bazalarından istifadə edə biləcək

20 Mar 2026 23:14 3 baxış
IMG

Böyük Britaniya ABŞ-a İrandakı hədəflərə zərbələr endirmək üçün öz hava bazalarından istifadə etməyə icazə verib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu Böyük Britaniya Baş naziri Kir Starmerin sözçüsü Yaxın Şərqdəki vəziyyətlə bağlı hökumət iclasından sonra bildirib.

Onun sözlərinə görə, nazirlər ABŞ-nin müdafiə xarakterli əməliyyatlar üçün bazalardan istifadə etməsinə razılıq veriblər. Belə ki, bu əməliyyatlar Hörmüz boğazında gəmilərə hücumlarda istifadə olunan obyektləri hədəf alacaq.

Bildirilib ki, martın əvvəlində London Vaşinqtonun krallığın maraqlarına və vətəndaşlarının təhlükəsizliyinə təhdid yarada biləcək İran raket anbarlarına zərbələr endirmək üçün Britaniya bazalarından istifadə etmək tələbini təsdiqləyib.

Buna baxmayaraq, Böyük Britaniya zərbələrdə birbaşa iştirak etməyəcək.

Xəbər lenti