IMG-LOGO

Niderlandın hərbi qulluqçuları İraqı tərk edir

20 Mar 2026 23:50 3 baxış
IMG

NATO missiyasında iştirak edən Niderlandın bütün hərbi qulluqçuları və mülki mütəxəssisləri İraqı tərk edərək ölkələrinə qayıdırlar.

"Report" xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Dilan Yeşilgöz-Zegerius sosial media səhifəsində məlumat verib.

Onun sözlərinə görə, Yaxın Şərqdə pisləşən təhlükəsizlik vəziyyəti nəzərə alınmaqla, NATO İraqdakı missiyasının formatını dəyişdirmək və iştirakçılarını Avropaya köçürmək qərarına gəlib.

"Bu səbəbdən bütün Niderlandın hərbi və mülki mütəxəssisləri İraqı tərk edirlər. Onlar Niderlanda qayıdırlar", - deyə nazir yazıb.

O, həmçinin qeyd edib ki, missiya tezliklə NATO-nun Neapoldakı Birgə Qüvvələr Komandanlığı bazasından məhdud formatda davam edəcək.

Xəbər lenti