IMG-LOGO

Almaniyalıların 61 %-i Rusiya-Ukrayna müharibəsinin NATO ölkələrinə sıçrayacağından qorxur

25.02.2024 12:15 51 baxış
IMG

Almaniya sakinlərinin 61 faizi Rusiya-Ukrayna müharibəsinin başlamasından iki il sonra onun NATO dövlətlərinin ərazisinə sıçrayacağından qorxur.

“Report” xəbər verir ki, bu barədə INSA sosioloji institutunun “Bild” üçün apardığı sorğunun nəticələrindən bəlli olub.

Sonuclara görə, respondentlərin 61 faizi savaşın NATO ərazisinə yayılacağından çəkinir, 31 faizi bunun baş verməyəcəyi və ya çox güman ki, baş verməyəcəyi barədə fikir bildirib, səkkiz faizi isə sözügedən sualı cavabsız qoyub.

Sorğunun ikinci hissəsi ukraynalı qaçqınların Almaniyaya inteqrasiyasına həsr olunub. Respondentlərin 51 faizinin fikrincə, inteqrasiya tamamilə və ya önəmli dərəcədə uğursuz olub. Sakinlərin yalnız yüzdə 28-i prosesin müəyyən dərəcədə uğurlu olduğu qənaətindədir.

Araşdırma iştirakçılarının, demək olar, yarısı (49 %) Almaniyadakı ukraynalı qaçqınların həddindən artıq çox maliyyə dəstəyi aldığını düşünür. Respondentlərin 35 faizinə görə, müavinətlərin məbləği yetərlidir.

Xatırladaq ki, fevralında 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin ikinci ildönümü tamam olub. Bu dövr ərzində Rusiya ordusu Ukraynanın on minlərlə kvadratkilometr ərazisini işğal edib, minlərlə sakinini öldürüb. Ötən ilin yay aylarınadək Ukrayna ordusunun verimli fəaliyyəti sonucunda işğalçı qüvvələrin hücumlarının kəsəri azalsa və bəzi ərazilər azad olunsa da, sentyabrdan başlayaraq Rusiya təşəbbüsü ələ alıb və bir neçə istiqamətdə, xüsusəndə şərqdə irəliləməyi bacarıb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti